Azərbaycan nefti 125 dollara yaxınlaşdı

10:07 - 25.09.2026


25 Sentyabr, Fineko/abc.az. Dunya bazarında "Azeri Light" (Azəri Layt) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 dollar və ya 3,71% artaraq 125,94 dollara (214,10 manat) yüksəlib.

Qeyd edək ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar qeydə alınıb.