İKZF-nin ipoteka kreditlərində və istiqraz cəlbələrində azalma müşahidə olunur

10:35 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 262,9 milyon manat kredit verilib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,8 % azalaraq 255,1 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 25 % azalaraq 300 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manat olub.