Azərbaycanda 97 sayta giriş məhdudlaşdırıldı

12:16 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisində qanunla qadağan edilən məzmunlar yayımlayan 97 internet saytına giriş məhkəmə qətnaməsi ilə məhdudlaşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Milli Kibertəhlükəsizlik Agentliyindən (MKA) bildirilib ki, həmin resurslarda əsasən pornoqrafik materiallar, qanunsuz qumar oyunlarına təşviq və əqli mülkiyyət hüquqlarını pozan məlumatlar yer alıb.

Qanunvericiliyə əsasən, belə hallarda host provayderə və sayt sahibinə xəbərdarlıq edilir və 8 saat ərzində məzmun silinmədikdə məsələ məhkəmə qaydasında həll olunur.

Yayılması qadağan edilən informasiyaların qarşısının alınması MKA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.