"OpenAI" daha ucuz və effektiv olan "GPT-6 Sol" və "Luna" modellərini təqdim etdi

16:19 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Sentyabr ayının əvvəlində "GPT-6 Astra" modelini təqdim edən "OpenAI" şirkəti indi də onun daha kiçik və ucuz versiyaları olan "GPT-6 Sol" və "GPT-6 Luna" modellərini istifadəyə verib.

Şirkətdən bildirilib ki, "Sol" modeli proqramlaşdırma və mürəkkəb kodlaşdırma tapşırıqları üçün, "Luna" isə sənədlərin xülasəsi, məlumatların çıxarılması və rutin büro işləri kimi yüksək həcmli tapşırıqlar üçün nəzərdə tutulub.

Yenilənmiş 6-cı seriya modelləri "GPT-5.6" nəslinə nisbətən 50% daha ucuz API qiymətləri ilə təklif olunur. Qiymətlərin iki dəfə aşağı salınması keşləmə və çıxarış  proseslərinin optimallaşdırılması hesabına mümkün olub. Bundan əlavə, yeni modellər faktoloji dəqiqliyin artırılması və kodlaşdırma zamanı xətaların minimuma endirilməsi ilə fərqlənir.