10:47 - 25.09.2026
25 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Bu, avqustun 1-i ilə müqayisədə 1,7 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026