İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır

22:30 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. İran İslam Respublikasının aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi bütün uçuşların saxlanılması barədə qərar qəbul edilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərar ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi, xüsusilə aviasiya sektorunu əhatə edən məhdudiyyətlərlə əlaqədardır. Reyslərin dayandırılması bu gündən etibarən qüvvəyə minir.