13:53 - 18.09.2026
18 Sentyabr, Fineko/abc.az. Dünyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" istehsalat proseslərinin modernləşdirilməsi və robotlaşdırılması çərçivəsində 2028-ci ildən etibarən illik 1 trilyon iyen (6,4 milyard dollar) məbləğində sərmayə yatırmağı proqnozlaşdırır.
Layihə "Toyota"nın özünü, qrup şirkətlərini və əsas tədarükçülərini əhatə edir. İnvestorlarla aparılan müzakirələrə əsasən, bu keçid üçün təxminən 400 000 ədəd sənaye, loqistika və humanoid (insanabənzər) robotun cəlb edilməsi nəzərdə tutulur.
Şirkət bu addımla köhnəlmiş infrastrukturu yeniləməyi, xərcləri azaltmağı və işçi qüvvəsi çatışmazlığı risklərini neytrallaşdırmağı hədəfləyir.
21 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026