Metro və tramvay xətləri üçün torpaqların alınması sadələşdirilir

14:28 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna və Mülki Məcəlləyə dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə əsasən, tunellər, metro, dəmir yolu və tramvay xətləri, eləcə də stansiya və depoların tikintisi və bərpası üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.

Bu addım “2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində irimiqyaslı nəqliyyat layihələrinin maneəsiz icrasını, hüquqi müəyyənliyi, şəffaflığı və dövlət-vətəndaş maraqlarının balanslaşdırılmasını təmin etməyə xidmət edir.