Gürcüstandan Azərbaycana avtomobil idxalı azalıb

14:56 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon ABŞ dolları dəyərində 3 803 ədəd minik avtomobili gətirilib.

Gürcüstanın Milli Statistika İdarəsinin göstəricilərinə əsasən, illik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər baxımından 17,75 faiz, miqdar baxımından isə 1 910 ədəd azalıb.

Hesabat dövründə Gürcüstanın ümumilikdə xaricə yönəltdiyi 1 milyard 347,7 milyon dollar dəyərindəki 56 432 ədəd minik avtomobilinin 6,74 faizi Azərbaycanın payına düşüb.