"Volkswagen"də kütləvi etiraz dalğası!

15:36 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Avropanın ən böyük avtomobil istehsalçısı olan "Volkswagen" şirkətinin gözlənilməz mənfəət xəbərdarlığından üç gün keçməmiş, Almaniya üzrə avtomobil sənayesi işçiləri kütləvi etiraz nümayişlərinə başlayıblar.

 Avtomobil nəhənginin mənfəət proqnozlarını aşağı salması sektordakı yüksək istehsal xərcləri və Asiya rəqiblərinin artan təzyiqləri fonunda yaranan misilsiz böhranı bir daha qabardıb.

Almaniya üzrə təşkil olunub bu etiraz aksiyalarında həmkarlar ittifaqları və işçilər mümkün kütləvi ixtisarlara və zavodların bağlanması planlarına qarşı kəskin etirazlarını bildirirlər. Ekspertlərin fikrincə, yüksək enerji xərcləri, elektrik avtomobillərinə keçiddəki çətinliklər və Çin istehsalçılarının Avropa bazarında payını artırması Almaniyanın avtomobil sənayesini son illərin ən ağır sınağı ilə üz-üzə qoyub.