17:11 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 10 milyard 931,9 milyon manatlıq xidmət göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7% çoxdur. Ümumi xidmətlərin 59,4%-i (6,5 mlrd manat) yük, 28,1%-i (3,1 mlrd manat) sərnişin daşınmasının, 12,5%-i (1,4 mlrd manat) isə anbar və poçt xidmətlərinin payına düşüb.
Səkkiz ay ərzində nəqliyyat sektoru üzrə 162,7 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 3% artım deməkdir. Yükdaşımaların əsas hissəsi avtomobil (63,4%) və boru kəməri (25,3%) nəqliyyatının payına düşüb. Dəmir yolu ilə 7,5%, dəniz yolu ilə 3,6%, hava nəqliyyatı ilə isə 0,2% yük daşınıb.
Hesabat dövründə sərnişin daşınması 9,6% artaraq 1 milyard 491,1 milyon nəfərə çatıb. Sərnişinlərin mütləq əksəriyyəti — 89,8%-i avtomobil nəqliyyatından, 9,5%-i metrodan, 0,7%-i isə digər nəqliyyat vasitələrindən istifadə edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026