11:16 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Azərbaycanda yerli üzüm sortlarından premium şərab istehsalını və aqroturizmi stimullaşdırmaq məqsədilə butik şərabçılığın inkişafı üçün yeni subsidiya mexanizmi tətbiq olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilən əsas dəstək şərtləri:
Super-intensiv bağlar (5–20 ha): Hektara 20 000 manat subsidiya (Təsərrüfatın ölçüsündən asılı olaraq ümumi 100 min – 400 min manat dəstək).
İntensiv bağlar (5–20 ha): Hektara 10 000 manat subsidiya (Təsərrüfat üzrə ümumi 50 min – 200 min manat dəstək).
Avadanlıq güzəşti: Kiçik şərabçılıq müəssisələrinin qurulması üçün alınan avadanlıqlara 60% güzəşt tətbiq ediləcək.
Strateji hədəf: 2030-cu ilədək ölkədə 20 yeni butik şərab evinin yaradılması nəzərdə tutulur.
Yeni model yalnız üzümçülüyü deyil, emal prosesini də əhatə edərək kiçik şərab brendlərinin yaradılması üçün real investisiya mexanizmi formalaşdırır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026