16:29 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. "2025-ci ilin sonuna ölkədə 130 min hektar ərazidə müasir suvarma tətbiq olunurdu. 2030-cu ilin sonunadək bu rəqəmin 300 min hektara çatdırılması nəzərdə tutulub".
Bunu “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 230 hektar istixananın yaradılması planlaşdırılır.
"Daha dəyərli məhsulların istehsalı istiqamətində ölkədə istixanaların həcminin artırılması hədəf olaraq müəyyən edilib. Söhbət sadə istixanalardan deyil, intensiv və müasir texnologiyaların tətbiq olunduğu istixanaların genişləndirilməsindən gedir. Əvvəlki təcrübədən fərqli olaraq, bu proqramda istixanaların daha çox aqrar zonalar daxilində, sənaye zonaları çərçivəsində inkişaf etdirilməsi hədəflənib. Bu istiqamətdə layihələrdən biri azad edilmiş ərazilərdə 230 hektar sahədə istixanaların vahid zonada qurulmasını nəzərdə tutur. Növbəti mərhələdə isə ölkənin digər regionlarında da istixanaların genişləndirilməsi planlaşdırılır".
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026