Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq

16:56 - 26.08.2026


 25 avqust Azərbaycan futbolu üçün tarixi gün oldu. “Sabah” Futbol Klubu ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq böyük uğura imza atdı.

Pley-off mərhələsinin həlledici qarşılaşmasında İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub edən “Sabah” Azərbaycan futbolu üçün əlamətdar nəticə əldə etdi.

Bu uğurun diqqətçəkən tərəflərindən biri klubun keçdiyi inkişaf yolu və bu yolun başlanğıcından etibarən ona göstərilən dəstəkdir. Bank Respublika “Sabah”ın yarandığı ilk dövrlərdən gənc klubun yanında olub və illər ərzində bu əməkdaşlığı davam etdirib.

Bu, Bank Respublikanın biznesdə tətbiq etdiyi yanaşmanın idmanda da davamıdır: potensiala inanmaq, inkişaf üçün uzunmüddətli dəstək vermək və nəticəyə gedən yolda tərəfdaşının yanında olmaq.

“Sabah”ın keçdiyi yol bunun bariz nümunəsidir. Bir vaxtlar böyük hədəflərlə yola çıxan gənc klub bu gün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək. Bu nəticə göstərir ki, idmana sponsorluq yalnız loqonun formada və ya stadionda görünməsi deyil. Sistemli və ardıcıl dəstək düzgün strategiya və əzmkarlıqla birləşdikdə real uğura çevrilir.

Ümid edək ki, Bank Respublikanın bu yanaşması digər Azərbaycan şirkətləri üçün də nümunə olacaq və özəl sektor ölkə idmanına, perspektivli komanda və idmançılara daha fəal və uzunmüddətli dəstək verəcək.

“Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar, Azərbaycan idmanına isə yeni qələbələr arzulayırıq!