14:29 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) "Statistik bülleten"inə əsasən, 1 avqust 2026-cı il tarixinə Bakı şəhəri istisna olmaqla, ölkə regionları üzrə kredit qoyuluşunun pay bölgüsü bəlli olub.
Regionlar arasında ən yüksək pay Abşeron-Xızı iqtisadi rayonunun hesabına düşüb — 16%. Sonrakı yerləri Gəncə-Daşkəsən (13%) və Mərkəzi Aran (10%) iqtisadi rayonları tutur.
Regionlar üzrə göstəricilər aşağıdakı kimidir:
Abşeron-Xızı iqtisadi rayonu: 16%
Gəncə-Daşkəsən iqtisadi rayonu: 13%
Mərkəzi Aran iqtisadi rayonu: 10%
Qarabağ iqtisadi rayonu: 8%
Qazax-Tovuz iqtisadi rayonu: 8%
Lənkəran-Astara iqtisadi rayonu: 8%
Şəki-Zaqatala iqtisadi rayonu: 8%
Naxçıvan iqtisadi rayonu: 7%
Quba-Xaçmaz iqtisadi rayonu: 7%
Şirvan-Salyan iqtisadi rayonu: 7%
Mil-Muğan iqtisadi rayonu: 5%
Dağlıq Şirvan iqtisadi rayonu: 3%
Şərqi Zəngəzur iqtisadi rayonu: 0%
25 Avqust 2026