09:49 - 17.12.2018
17 dekabr, Fineko/abc.az. “Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,17 dollar və yaxud 0,27% azalıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,02 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 1,28 dollar (2,6%) enərək bir barelə 51,20 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 1,17 dollar (1,9%) enərək bir barelə 60,28 dollar təşkil etmişdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026