Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dolları ötüb — Müsbət saldo 5,9 dəfə artıb

11:26 - 17.08.2026


17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon dollarını ixrac, 9 milyard 881 milyon dollarını isə idxal təşkil edib. Son bir ildə ixracın həcmi 27% artıb, idxal isə 27,4% azalıb.

Yekunda xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo (xalis ticarət profisiti) yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.