Aİ-nin sanksiyalarına məruz qalan Qırğızıstan banklarının sayı 3-ə çatıb

21:56 - 25.07.2026


25 iyul, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində Qırğızıstanın "EkoİslamBank"ını ("EcoIslamicBank") sanksiya siyahısına daxil edib. Avqustun 13-dən etibarən Avropa operatorlarına bu maliyyə təşkilatı ilə hər hansı maliyyə əməliyyatları aparmaq rəsmən qadağan olunacaq.

Bununla da Aİ-nin məhdudiyyətlərinə məruz qalan Qırğızıstan banklarının sayı 3-ə çatıb (əvvəllər "Keremet Bank" və "Kapital Bank" siyahıya salınmışdı).

Bundan əlavə, yeni paket Bişkekdə qeydiyyatdan keçmiş "Nova Proekt", "Rama Group" və "Shisan" şirkətlərini də əhatə edib. Bu qurumlar üçün Aİ-dən mikroelevtronika və sənaye avadanlıqları da daxil olmaqla, ikili təyinatlı malların və texnologiyaların tədarükünə ciddi məhdudiyyətlər tətbiq olunur.

Avropalı tənzimləyicilər vurğulayırlar ki, sanksiyalar bütövlükdə Qırğızıstanın bank sisteminə və ya iqtisadiyyatına deyil, yalnız konkret hüquqi şəxslərə şamil edilir.