21:49 - 25.07.2026
25 iyul, Fineko/abc.az. Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını təmin etmək və qiymət sabitliyini qorumaq məqsədilə benzin ixracına tətbiq olunan məhdudiyyətin müddətini 2026-cı ilin sonunadək uzatmaq haqqında qərar qəbul edib.
Baş nazirin müavini Aleksandr Novak bildirib ki, qadağa həm istehsalçılara, həm də emal zavodlarına şamil olunacaq.
Bununla yanaşı, daxilində sabitləşmə müşahidə olunduqca dizel yanacağının ixracına qoyulan məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması nəzərdə tutulur.
Bu addım neft emalı zavodlarında artıq məhsul ehtiyatının yaranmasının və emal həcmlərinin kəskin azalmasının qarşısını almaq məqsədi daşıyır.