12:00 - 25.07.2026
25 iyul, Fineko/abc.az. "Analytics Miami" daşınmaz əmlak analitik şirkətinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Mayami-Deyd bölgəsində dəyəri 30 milyon dollardan yuxarı olan 24 lüks mənzil və fərdi ev satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Əməliyyatların böyük hissəsinin nağd pulla həyata keçirildiyi bildirilir. Düşük vergi siyasəti sayəsində Mayami bu il 30 milyon dollardan baha satılan lüks evlərin sayına görə Nyu-Yorku (17 satış) və San-Fransiskonu geridə qoyaraq ABŞ-da lider mövqeyə yüksəlib.
Analitiklər bildirirlər ki, bazarın bu templə böyüməsi 2025-ci ildə qeydə alınan 33 satışlıq mütləq rekordu yeniləməyə imkan verəcək.