19:00 - 24.07.2026
24 iyul, Fineko/abc.az. TASS agentliyinin verdiyi məlumata görə, "Zolotaya Korona" təcili pul köçürmə sistemi vasitəsilə Azərbaycandandan Rusiyaya və əks istiqamətdə maliyyə vəsaitlərinin göndərilməsi müvəqqəti olaraq əlçatmaz olub.
Qeyd olunur ki, "Unibank" və "Yelo Bank" sistemə dəstək göstərsələr də, xidmətin işində yaranan texniki problemlər səbəbindən köçürmələrin icrasının dayandırıldığını bildiriblər.
"VTB Bank Azərbaycan" isə sözügedən ödəniş sistemi ilə pul köçürmələri həyata keçirmədiyini açıqlayıb.
Hazırda "Zolotaya Korona" sisteminin rəsmi saytında Azərbaycan həm pul göndərilən, həm də qəbul edilən ölkələr siyahısından çıxarılıb.