"Tesla" bir gündə 214,5 milyard dollar itirdi — Tarixi rekord

21:53 - 25.07.2026


25 iyul, Fineko/abc.az. Amerikanın elektromobil istehsalçısı "Tesla" bir birja günündə bazar kapitallaşmasının 214,5 milyard dollarını itirərək öz tarixinin ən böyük ucuzlaşması ilə üzləşib. Şirkətin səhmləri gün ərzində 15,3% düşüb.

Bazar dəyərinin kəskin düşməsinə səbəb şirkətin ikinci rüb üzrə maliyyə nəticələrinin investorların gözləntilərini doğrultmaması olub.

Baxmayaraq ki, "Tesla" avtomobil çatdırılmasında rekord vurub və ümumi gəlirlərini artırmağa müvəffəq olub, şirkətin xalis mənfəəti analitiklərin proqnozlarından kəskin aşağı qalıb. Mənfəətin azalması tətbiq edilən qiymət endirimləri və süni intellekt layihələrinə ayrılan yüksək kapitallaşma xərcləri ilə əlaqələndirilir.