15:40 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 14%-ə endirmək barədə qərar qəbul edib.
Bankın bəyanatında bildirilir ki, ölkə iqtisadiyyatı ikinci rübdə əsasən istehlak tələbatı hesabına mülayim artımını sürdürsə də, ilin ikinci yarısında bu artım zəifləyə bilər.
Qurum 2026-cı il üçün ÜDM artımı proqnozunu 0-1% aralığına endirib, ilin sonuna inflyasiya gözləntisini isə 6-7% səviyyəsində müəyyən edib.
Əmək bazarında gərginliyin tədricən azaldığı və işsizliyin tarixi minimumda qaldığı vurğulanır.
Qeyd edək ki, tənzimləyici tərəfindən mərhələli faiz endirimi siyasəti çərçivəsində uçot dərəcəsi ötən ay 14,25%-ə endirilmişdi.