21:27 - 23.07.2026
23 iyul, Fineko/abc.az. İyunda qeydə alınan anomal istilər təxminən 24 milyon iş saatının itirilməsinə səbəb olub və Böyük Britaniya iqtisadiyyatına $1,53 mlrd ziyan vurub.
Bu hesablamanı London İqtisadiyyat Məktəbi və Avropa-Aralıq dənizi İqlim Dəyişikliyi Mərkəzinin ekspertləri aparıb.
İyun ayının sonundakı rekord temperatur səbəbindən ölkə üzrə əməkdaşlar iş vaxtını qısaldıb və ya məzuniyyət götürüb: orta iş həftəsinin müddəti 0,47 saat azalıb. İşçilərin təxminən 3,6%-i (təxminən 1,25 mln nəfər) isə ümumiyyətlə işləməyib.
Əlavə olaraq daha 8 milyon iş saatı itirilib ki, bu da təxminən $508 mln dəyərində qiymətləndirilir və ümumi iqtisadi ziyanı artırıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026