22:05 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Avropa Birliyi üzvləri Rusiyanın enerji, maliyyə, kripto aktivlər və ticarət sektorlarını hədəf alan 21-ci sanksiyalar paketini təsdiqləyib.
Sanksiyalar siyahısına daha 32 Rusiya bankı daxil edilib, həmçinin kriptovalyuta şirkətləri, neft ticarəti platformaları və "kölgə donanması"na dəstək verən gəmilərə qarşı məhdudiyyətlər tətbiq olunub.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın bazardakı dalğalanmalardan faydalanmaması üçün neftin qiymət tavanı tənzimlənməsinin 1 il müddətinə dondurulduğunu bildirib.
Yunanıstanın etirazları səbəbilə uzanan müzakirələr nəticəsində, müharibədən əvvəl (24 fevral 2022-ci il) bağlanan müqavilələr üzrə Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti müstəsna hal kimi icazə verilməsi ilə razılıq əldə olunub.