Neftin bahalaşması və faiz narahatlıqları qızılın qiymətini ucuzlaşdırıb

10:29 - 24.07.2026


24 iyul, Fineko/abc.az. "Brent" markalı neftin qiymətinin yenidən 100 dolları ötməsi inflyasiya narahatlıqlarını artırıb və bu da qızılın ucuzlaşmasına səbəb olub.

Spot bazarında qızılın bir unsiyası 0,4% ucuzlaşaraq 4 030,09 dollara, ABŞ qızıl fyuçersləri isə 4 033,20 dollara enib. Mütəxəssislər qızılın yaxın müddətdə 3 980–4 170 dollar aralığında dalğalanacağını proqnozlaşdırırlar.

Qiymətlərin düşməsi ABŞ Prezidenti Donald Trampın Qırmızı dənizdə Səudiyyə Ərəbistanı tankerlərinə edilən hücumlara qarşı hərbi cavab veriləcəyi barədə bəyanatından sonra neftin kəskin (7%) bahalaşması fonunda baş verib.

İnflyasiya təzyiqləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı və sentyabrda artıra biləcəyi (81% ehtimal) ilə bağlı bazar proqnozlarını gücləndirib.

 Həmçinin, Avropa Mərkəzi Bankı (AMB) faizləri sabit saxlasa da, payızda yeni artım üçün qapını açıq qoyub.