21:29 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Pəncab hökuməti məktəblərdə süni intellekti əsas fənn kimi tətbiq edib. Bunu ştatın təhsil naziri Hardcot Sinqx Beyns bildirib.
Bu barədə 22 iyul tarixində India Today nəşri yazıb.
“Biz ‘yaşıl inqilab’a liderlikdən süni intellekt inqilabına liderliyə keçirik”, — deyə Beyns qeyd edib.
Onun sözlərinə görə, tədris proqramı Sinqapur, Finlandiya, BƏƏ və ABŞ-ın beynəlxalq təcrübəsi öyrənilərək hazırlanıb.
Bildirilir ki, proqram Neeev AI şirkətinin iştirakı və Google, Intel, Canva və FA-AI-nin dəstəyi ilə həyata keçiriləcək. Məqsəd süni intellekt sahəsində savadlılığın artırılması, müəllimlərin potensialının inkişafı və innovasiyaların tətbiqidir.