11:39 - 24.07.2026
24 iyul, Fineko/abc.az. ABŞ və İran arasında hərbi gərginliyin artması, həmçinin ABŞ-ın yeni ticarət rüsumları ilə bağlı qeyri-müəyyənlik fonunda riskə marağın azalmasına görə cümə günü bitkoin cüzi ucuzlaşıb.
Kriptovalyuta bazarı ümumilikdə də geri çəkilərək həftənin əvvəlində əldə etdiyi qazancın bir hissəsini itirib.
Saat 10:36-ya olan məlumata görə, bitkoin 0,5% azalaraq 65 463,4 dollar olub. Dünyanın ən iri kriptovalyutası qısa müddətli bərpadan sonra həftəni təxminən 1% artımla başa vurmağa hazırlaşırdı.
Yüksək texnologiyalar və süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinin satışları nəticəsində fond bazarlarında müşahidə olunan ümumi itkilər də kriptovalyutalara marağı məhdudlaşdırıb.