21:31 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Nestlé Waters & Premium Beverages bölməsini Platinum Equity ilə 50:50 nisbətində birgə müəssisəyə ayırır (dəyəri — 4,9 mlrd avro).
Yeni Peranel şirkəti Perrier, S.Pellegrino, Acqua Panna və Nestlé Pure Life brendlərini birləşdirəcək. Sövdələşmənin 2027-ci ilin I yarısında bağlanması gözlənilir; Nestlé təxminən 3 mlrd avro əldə edəcək.
Məlumata görə, I yarımildə xalis mənfəət 31,4% azalaraq CHF3,47 mlrd olub, gəlir 2,5% azalaraq CHF43,1 mlrd təşkil edib, üzvi artım isə 3,6% olub. Şirkət ilin yekunu üzrə proqnozu (3–4% artım) saxlayıb, sərbəst pul axınının CHF9 mlrd-dan çox olacağını gözləyir. RBC nəticələri gözləntilərə uyğun qiymətləndirib: Asiya, Okeaniya və Afrikada güclü satışlar Amerika və Avropadakı zəifliyi kompensasiya edib.
27 İyul 2026
25 İyul 2026