Avro zonasında biznes fəallığı iyul ayında son 5 ayın maksimumuna çatıb

11:00 - 25.07.2026


25 iyul, Fineko/abc.az. S&P Global təşkilatının hesabatına əsasən, Avro zonasında özəl sektorun fəallığı iyul ayında gözləntiləri üstələyərək bərpa olunub.

Region üzrə bileşik Satınalma Menecerləri İndeksi (PMI) iyun ayındakı 50,0 bənddən yüksələrək 51,9 bənd təşkil edib və son 5 ayın ən yüksək göstəricisini qeydə alıb.

İstehsalat PMI 52,0 bəndə, xidmət sektoru PMI isə 51,6 bəndə qalxıb.

Almaniya iqtisadiyyatı 4 aylıq tənəzzüldən sonra yenidən artım zonasına keçib (PMI 51,2), Fransada isə geriləmə zəifləyib (PMI 49,6). S&P Global-ın baş iqtisadçısı Kris Uilyamson bildirib ki, fəallığın artmasına baxmayaraq, Yaxın Şərqdəki münaqişə və enerji qiymətlərinin dəyişkənliyi bərpa prosesi üçün risk yaradır.