Tramp: Hörmüz boğazı yalnız İran üçün bağlıdır

20:56 - 15.07.2026


15 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq qalır, lakin İran üçün bağlıdır.

Onun sözlərinə görə, boğazdan keçən gəmilərin sayının azalması digər ölkələr üçün məhdudiyyətlərlə bağlı deyil: “İstəyən istifadə edə bilər, boğaz açıqdır”.
Tramp vurğulayıb ki, məhdudiyyətlər yalnız İrana aiddir: “Boğaz yalnız İranın daxil olan və çıxan gəmiləri üçün bağlıdır”.

Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, ABŞ dünya bazarlarına neft tədarükü üçün alternativ marşrutlar inkişaf etdirir: “Son aylarda çox şey baş verib: boru kəmərləri tikilir, Texas və Alyaska istiqamətləri daxil olmaqla daha səmərəli alternativlər yaradılır”, — deyə o əlavə edib.