Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dollara çatıb

11:48 - 24.06.2026


24 iyun, Fineko/abc.az. 2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib, bu da Mərkəzi Bankın (AMB) alışyönlü müdaxiləsinə səbəb olub.

ABC.AZ AMB-nin hesabatına istinadən xəbər verir ki, cari ilin 5 ayında ticarət balansındakı 7,2 milyard dollarlıq müsbət saldo və pul baratlarının 28,8% artaraq 560,1 milyon dollara çatması valyuta bolluğu yaradıb.

Nəticədə, yanvar-may aylarında AMB-nin valyuta ehtiyatları 1,2 milyard dollar (10,4%) artaraq 12,7 milyard dollara yüksəlib.

Nağd seqmentdə mübadilə şöbələrinin dollar alışı satışı 311 milyon dollar üstələyib. Əhalinin əmanətlərinin dollarlaşma səviyyəsi isə son bir ildə 2,8 faiz bəndi azalaraq 27%-ə düşüb.