ABŞ və İran dondurulmuş 12 milyard dollarlıq aktivlərin blokdan çıxarılması barədə razılığa gəlib

12:30 - 23.06.2026


23 iyun, Fineko/abc.az. İsveçrədə ABŞ ilə aparılan danışıqlarda 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin blokdan çıxarılması üzrə yekun razılaşma əldə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Baqir Qalibaf bildirib.

The Wall Street Journal-ın məlumatına görə, dünyada dondurulmuş İran aktivlərinin ümumi həcmi 100 milyard dollara qədər ola bilər. Onların 20–50 milyard dolları Çində saxlanıla bilər. Aktivlərin bir hissəsi 1979-cu ildə İranda İslam inqilabından sonra dondurulub.

ABŞ və İran arasında danışıqlar 21 iyun tarixində keçirilib. Vasitəçi ölkələr olan Pakistan və Qətər görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini bildiriblər.