17:10 - 22.06.2026
22 iyun, Fineko/abc.az. Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq.
ABC.AZ xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “Xəzər TV” televiziya kanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında yerləşən ali təhsil müəssisələrində təhsil alır.
O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:
“Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.
İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir”.
22 İyun 2026
22 İyun 2026
20 İyun 2026
20 İyun 2026
20 İyun 2026