Bu müəllimlər sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək

10:59 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.