16:38 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisasları açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, I ixtisas qrupu üzrə aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi;
Ekologiya mühəndisliyi.
Qeyd olunub ki, 2026-cı ildən etibarən aşağıda qeyd olunan ixtisaslar üzrə də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Kompüter mühəndisliyi (Rİ);
İnformasiya texnologiyaları (Rİ);
Qida mühəndisliyi (RK);
Elektrik və elektronika mühəndisliyi (RK);
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK);
Mexanika mühəndisliyi (RK);
Radiotexnika və telekommunikasiya mühəndisliyi (RK).
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026