Azərbaycanda tələbələrin yaşı nisbətən azdır – Emin Əmrullayev

17:29 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər.

ABC.AZ xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “Xəzər TV” televiziya kanalına müsahibəsində bildirib. O qeyd edib ki, bu da davranış dəyişikliyi tələb edən bir məsələdir.

“Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq”.