Pambıqçılıqda orta məhsuldarlığın ölkə üzrə 5 tona yüksəldiləcək

16:47 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Bu ilin fevral ayında "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nı təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

O qeyd edib ki, bu çərçivədə ərazilərin su ilə təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin qurulması, su anbarlarının və digər infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Müşavirədə həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının Naxçıvanın iqtisadi inkişafına verəcəyi töhfələrdən danışıldı. Bildirildi ki, dövlət proqramının icrası istehsal və emal imkanlarının genişlənməsinə, eyni zamanda məhsulların yeni ixrac bazarlarına çıxarılmasına şərait yaradacaq".

Məhsuldarlıqla bağlı proqnozlara toxunan M.Məmmədov qeyd edib ki, dövlət proqramının əsas hədəflərindən biri müasir suvarma sistemlərinin tətbiqi və qabaqcıl aqrotexniki üsulların genişləndirilməsi hesabına məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə qarşıya qoyulan məqsədlərdən biri suvarılan ərazilərdə buğda üzrə orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılmasıdır. Pambıqçılıqda da orta məhsuldarlığın ölkə üzrə 5 tona yüksəldilməsi nəzərdə tutulur.

"Müasir suvarma və aqrotexniki qulluq tədbirlərinin tətbiqi digər kənd təsərrüfatı məhsulları üzrə də məhsuldarlığın artmasına imkan verəcək. Dövlət proqramının əsas məqsədi isə daha az resurs sərf etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə olunmasına nail olmaqdır"-deyə nazir əlavə edib.