11:48 - 22.06.2026
22 iyun, Fineko/abc.az. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" yüksək əlavə dəyərə əsaslanan kənd təsərrüfatını hədəfləyir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramı çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramında konkret hədəflər müəyyən edilib:
"Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın artırılması, intensiv meyvə bağlarının və istixana komplekslərinin sayının çoxaldılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, eləcə də akvakultura sahəsində istehsalın yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir".
©Report
22 İyun 2026
20 İyun 2026
20 İyun 2026
20 İyun 2026