09:58 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Cümə günü ticarət sessiyası zamanı etalon markaların qiymətləri artır, lakin həftəni kəskin ucuzlaşma ilə başa vurur.
ICE Futures birjasında saat 09:50-yə olan məlumata görə, Brent markalı neftin avqust fyuçersinin qiyməti 0,24 dollar (0,30%) artaraq bir barel üçün 80,90 dollar təşkil edib. İyunun 18-də keçirilən ticarət sessiyasının yekununda müqavilənin qiyməti 0,30 dollar (0,38%) bahalaşaraq bir barel üçün 79,85 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersinin qiyməti saat 09:50-yə qədər 0,71 dollar (0,93%) artaraq bir barel üçün 77,31 dollar təşkil edib. İyunun 18-də keçirilən ticarət sessiyasının yekununda müqavilənin qiyməti 0,19 dollar (0,25%) ucuzlaşaraq bir barel üçün 76,60 dollar olub.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti 2,54 dollar (3,08%) azalaraq bir barel üçün 80,06 dollar təşkil edib.
Bu həftə ərzində "Brent" markalı neft 7,36%, "WTI" 8,9%, "Azeri Light" isə 11,5% ucuzlaşıb.
