10:39 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Azərbaycan xalqı Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı törətdiyi dağıdıcılıq aktlarını və islami dəyərlərə qarşı hörmətsizliyini heç vaxt unutmayacaq.
ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun (İİB) 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki geniş çıxışı zamanı söyləyib.
Dövlət başçısının çıxışından əsas tarixi və mədəniyyət tezisləri:
Mədəni soyqırım və dağıdılmış məscidlər: Dövlətimizin başçısı Ermənistanın işğal dövründə törətdiyi mədəni və dini soyqırıma toxunaraq bildirib ki, bütöv şəhərlərin yerlə-yeksan edilməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 65 məscidin tamamilə dağıdılması faktı heç zaman yaddan çıxarılmayacaq.
Müqəddəs dəyərlərin təhqir olunması: İlham Əliyev işğalçı qüvvələrin təhqiramiz hərəkətlərini xüsusi vurğulayaraq söyləyib ki, onların vaxtilə məscidlərdə donuz və digər heyvanlar saxlaması, İslam dünyasının müqəddəs binalarını təhqir etməsi Azərbaycan xalqının və bəşəriyyətin yaddaşından heç vaxt silinməyəcək.
18 İyun 2026
16 İyun 2026