“Yum Brands” “Pizza Hut” şəbəkəsini $2,7 mlrd-a satır – tələbat zəifləyir

18:28 - 16.06.2026


16 iyun, Fineko/abc.az. “Yum Brands” “Pizza Hut” şəbəkəsinin $2,7 mlrd-a satışını elan edib: Çindəki biznes $1,2 mlrd-a “Yum China”ya, qalan hissə isə $1,5 mlrd-a “LongRange Capital” fonduna keçəcək.

ABC.AZ xəbər verir ki, sövdələşmə artan rəqabət, zəifləyən tələbat və istehlakçıların xərclərdə ehtiyatlı davranması fonunda baş tutur. Bazara həmçinin inflyasiya və arıqlama dərmanlarının populyarlığının artması təsir göstərir.