16:13 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycana gələnlərin sayı azalıb, gəlirləri kiçilib.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin eyni dövründə turizm dövriyyəsi daha yüksək idi - dövriyyə 751,9 mln. dollar.
Gələn turistlər daha çox pul xərclədiyi üçün ölkə 9,1 mln. dollar profisit əldə etmişdi. Lakin həm dövriyyənin ümumi həcmi, həm də profisit 2026-cı ildə azalıb.
Səyahət axınlarında da azalma müşahidə edilib. 2026-cı ilin I rübündə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3,5% azalaraq 452,6 min nəfər, ölkəyə gələn əcnəbilərin sayı isə 4,7% azalaraq 484,4 min nəfər olub. 2025-ci ilin eyni dövründə isə gedənlərin sayı 0,7%, gələnlərin sayı 1,1% azalmışdı.
2026-cı ilin I rübündə Azərbaycana gələnlərin 25,9%-i Rusiya, 21,7%-i Türkiyə, 8,9%-i İran, 5,3%-i Gürcüstan, 4,1%-i Qazaxıstan, 3,6%-i Hindistan, hər birindən 3%-i Pakistan və Özbəkistan, 2,5%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Çin, 1,9%-i İsrail və 1,6%-i Ukrayna vətəndaşları olub. Gələnlərin 71,8%-i kişilər, 28,2%-i qadınlar təşkil edib.
15 İyun 2026