09:58 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Aprelin 1-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.
ABC.AZ xəbər verir ki, dəyişikliklər avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsalın (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsalın (BMƏ) isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz edilməsini nəzərdə tutur.
Bununla da icbari sığorta haqlarının hesablanması zamanı Bonus-Malus sinfinə görə əmsal yox, məhz sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.
Bu qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.
Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşacaq.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026