Tramp: "Neft tankerləri Hörmüz boğazından keçməyə başladı" – Sazişin gizli maliyyə bəndləri üzə çıxdı

15:00 - 15.06.2026


15 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında əldə olunmuş tarixi mutabakatdan dərhal sonra Hörmüz boğazında rəvan ticarət hərəkətliliyinin bərpa olunduğunu elan edib.

ABC.AZ xəbər verir ki, Tramp öz sosial şəbəkə hesabında bu barədə paylaşım edib: "Əksəriyyəti neftlə yüklənmiş gəmilər artıq Hörmüz boğazından keçməyə başlayıb. Onlar tamamilə təhlükəsiz olan cənub 'magistralından' istifadə edirlər. Bundan başqa alternativ hərəkət marşrutları da mövcuddur".

Sazişin mətni ilə bağlı İran mediasının sızdırdığı şok detallar:

  • İran və Omanın suverenliyi rəsmiləşdi: "Fars" xəbər agentliyinin danışıqlara yaxın anonim mənbəyə istinadən yaydığı məlumata görə, sazişin son mərhələsində mətndə mühüm dəyişikliklər edilib və Hörmüz boğazı üzərində İran-Oman suverenliyi qəti şəkildə təsdiqlənib.

  • İran gəmilərdən rüsum yığacaq: Sənəddə boğazdakı "dənizçilik xidmətlərinin" gələcək idarəçiliyinin İran və Oman tərəfindən müəyyən ediləcəyi qeyd olunub. Bu isə o deməkdir ki, ABŞ rəsmi Tehranın boğazdan keçən gəmilərdən rüsum (haqq) yığmaq hüququnu rəsmən qəbul edib.

  • 60 günlük güzəşt müddəti: Yeni bəndə əsasən, İran gəmilərin pulsuz keçidini yalnız 60 günlük keçid dövründə qəbul edəcək. Bu müddətdən sonra İran təhlükəsizlik, naviqasiya, ətraf mühitin mühafizəsi və sığorta xidmətləri göstərmək adı altında boğazdan keçən bütün kommersiya gəmilərindən rüsum alaraq böyük gəlir əldə etməyi və bu vəsaiti iqtisadiyyatına yönəltməyi planlaşdırır.

Xatırladaq ki, tərəflər sülh memorandumunu rəsmi olaraq 19 iyunda İsveçrədə imzalayacaqlar.