Tramp: "İnflyasiyanı sevirəm, müharibə bitəndə qiymətlər daş kimi düşəcək"

22:00 - 11.06.2026


11 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ölkədə istehlak inflyasiyasının may ayında son 3 ilin ən sürətli artımını nümayiş etdirərək %4-ü ötməsinə gözlənilməz reaksiya verib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində bu artımın Respublikaçılar Partiyasına zərər vurub-vurmayacağı ilə bağlı sualına Tramp qısaca: "Mən inflyasiyanı sevirəm" — deyə cavab verib.

Trampın açıqlamasında öne çıxan digər məqamlar:

  • Hürmüz boğazındakı gizli plan: Prezident artan xərclərin və inflyasiya risklərinin qarşısını almaq üçün neft tankerlərinin Hürmüz boğazından gizli şəkildə keçirilməsi planına şəxsən icazə verdiyini təsdiqləyib. O, bu əməliyyatı uğurlu adlandıraraq: "Mənim üçün buna dəyərdi", — ifadəsini işlədib.

  • Neft qiymətləri ilə bağlı kəskin proqnoz: İranla davam edən müharibənin qlobal bazarlara təsirinə toxunan Tramp neftin ucuzlaşacağını iddia edib: "Müharibə bitdikdə petrolun əvvəlki səviyyələrinə gerilədiyini görəcəksiniz. Qiymətlər düşür və daş kimi kəskin şəkildə aşağı yuvarlanacaq".