Naxçıvan xarici ölkələrlə 5 ayda bu qədər ticarət əməliyyatı aparıb

14:35 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 58,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Naxçıvanın Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 5,9 milyon ABŞ dolları ixracın, 52,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,3 %, idxal isə 20 % artıb.

Son nəticədə xarici ticarətdə 47 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 19,6 % çoxdur.

Bundan başqa, 5 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % çox - 616,3 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 318 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.