12:16 - 9.06.2026
9 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə ümumilikdə 636.6 milyon manat məbləğində dividend ödənilib.
ABC.AZ xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.
Qanun layihəsinin göstəricilərinə əsasən, daxil olan dividendlərin əsas hissəsi iki böyük dövlət qurumunun payına düşüb:
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti): 461.5 milyon manat;
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC: 175.1 milyon manat.
10 Avqust 2026