14:26 - 8.06.2026
8 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar–may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici nəzərdə tutulan proqnozu 265 milyon manat və ya 1,6% üstələyib. Hesabat dövründə icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.
Daxilolmaların qurumlar üzrə bölgüsü:
Dövlət Vergi Xidməti: 7 milyard 825,3 milyon manat (proqnozdan 1,7% çox);
Dövlət Gömrük Komitəsi: 2 milyard 534 milyon manat (proqnozdan 0,4% çox);
Dövlət Neft Fondu (ARDNF): 5 milyard 350 milyon manat (transfert 100% icra edilib);
Əmlak Məsələləri Dövlət Xidməti: 22,2 milyon manat (proqnozdan 13,3% çox);
Büdcəli təşkilatların ödənişli xidmətləri: 281,8 milyon manat (proqnoza qarşı 72,8% icra);
Sair daxilolmalar: 352,4 milyon manat (proqnozdan 181,8% çox).
5 Avqust 2026
5 Avqust 2026