Putin xarici ticarətdə kriptovalyuta istifadəsinə icazə verən qanunu imzalayıb

09:17 - 5.08.2026


5 avqust, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin xarici ticarət müqavilələrində, kriptovalyuta hasilatından (mayninq) əldə edilən aktivlərlə bağlı əməliyyatlarda və digər rəqəmsal varlıqların alqı-satqısında kriptovalyutalardan istifadəyə icazə verən yeni qanunu imzalayıb.

Sənədə əsasən, Rusiya şirkətləri ilə xarici tərəfdaşlar arasında həyata keçirilən xarici ticarət əməliyyatlarında kriptovalyuta rəsmi ödəniş vasitəsi kimi istifadə oluna biləcək.

Bununla yanaşı, qanun çərçivəsində ölkə daxilində mal və xidmətlərin kriptovalyuta ilə ödənilməsinə tətbiq edilən qadağa qüvvədə qalır. Siravi investorlar üçün ildə 300 min rubladək limit müəyyən edilib, banklara isə şübhəli əməliyyatları bloka almaq hüququ verilib.